Əlaqə Arxiv
news Image
2013.07.15
13:16
| A A A
İKT ilə bağlı Tədbirlər Planının icrasına start verildi
Müşfiq Əmirov:" Tədbirlər Planında nəzərdə tutulan bütün bəndlərin icrası ilə bağlı müzakirələr aparılıb, tövsiyyələr verilib" Azərbaycan Respublikasında 2013-cü ilin "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan edilməsi ilə bağlı Tədbirlər Planında nəzərdə tutulan bütün bəndlərinin icrasına start verilib. Bu barədə məlumatı Movqe.az-a  Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin  ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Müşfiq Əmirov verib. M. Əmirovun sözlərinə görə, Tədbirlər Planında nəzərdə tutulan bəndlərin icrası ilə bağlı müzakirələr aparılıb, tövsiyyələr verilib: "Artıq Tədbirlər Planına uyğun olaraq "Mənim Azərbaycanım" internet fotomüsabiqəsi  elan edilib. "E-hökumət"in inkişafı və e-xidmətlərin genişləndirilməsi ilə bağlı ictimai müzakirə keçirilib. Mobil nömrələrin daşınması yaxın vaxtlarda tətbiq ediləcək. Tədbirlər Planında nəzərdə tutulan bütün bəndlərin demək olar ki, icrasına start verilib. Elektron mənzil növbəsi və bölgüsünün tətbiqi ilə bağlı , uşaqlar üçün "Təhlükəsiz internet" üzrə tədbirlərin  görülməsi, ictimai yerlərdə ödənişsiz WiFi zonalarının yaradılması, Distant təhsilin inkişaf etdirilməsi və sair bəndlərdə nəzərdə tutulan tədbirlər il ərzində həyata keçiriləcək".   
Sizin Reklam Yeriniz