Əlaqə Arxiv
news Image
2013.07.31
21:30
| A A A
Mikayıl Cabbarov səfirləri qəbul etdi
Görüşdə ölkələr arasında təhsil sahəsində əməkdaşlıq müzakirə mövzusu olub Bu gün təhsil naziri Mikayıl Cabbarov Fransa Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Paskal Mönye və Almaniya Federativ Respublikasının ölkəmizdəki səfirliyinin daimi işlər müvəkkili Volfqanq Mössinger ilə görüşüb.

Mövqe.az-ın Təhsil Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, hər iki görüş zamanı ölkələr arasında təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti və perspektivləri barədə fikir mübadiləsi aparılmışdır.

Bununla yanaşı, ikitərəfli görüşlərdə ali məktəblər arasında əməkdaşlıq, orta və ilk peşə-ixtisas təhsili sahəsində birgə layihələr, təqaüd proqramları ilə bağlı məsələlər müzakirə edilib.
Sizin Reklam Yeriniz