Əlaqə Arxiv
news Image
2013.08.30
19:56
| A A A
Zahid Orucun kompaniyadan bu günə kimi 43 minə yaxın imza toplayıb
Artıq bir həftədən çoxdur ki, Azərbaycan Respublikasının Prezidentliyinə namizəd, millət vəkili Zahid Məhərrəm oğlu Orucun Seçki Qərargahı fəaliyyətə başlayıbdır. Qərargahın rəhbəri Ərəstun Əlioğlunun Mövqe.az-a vermiş olduğu məlumtlara görə, Qərargah tam gücü ilə işləyir. Digər tərəfdən imzatoplama kompaniyasında irəliləyişlər hər keçən saatda bir qədər də artmaqdadır. Belə ki, Zahid Məhərrəm oğlu Orucun Azərbaycan Respublikasının Prezidentliyinə namizədliyinin rəsmən təsdiq edilməsi üçün avqustun 18-dən başlanan kompaniyadan bu günə kimi artıq 43 minə yaxın imza toplanmışdır. Qərargah rəhbərinin vermiş olduğu məlumata görə hal -hazırda imza toplama kompaniyası bir çox Seçki Dairəsini  əhatə edib. Seçki Qərargahının rəhbəri eyni zamanda qeyd edib ki, onlar imzatoplama kampaniyası çərçivəsində Azərbaycanın bütün etnik və milli coğrafiyasını əhatə etməyə çalışıblar. Çox maraqlıdır ki, imzatoplama kompaniyasında namizədin doğulub böyüyüb başa çatdığı Gədəbəy rayonunun insanları, o cümlədən rayonun İvanovka kəndində yaşayan rus millətindən olan insanları da aktiv şəkildə iştirak ediblər. Sitat: "Biz həmin rus millətindən olan vətəndaşlarımızın bu addımını çox yüksək qiymətləndirir və onlara öz dərin minnətdarlığımızı bildiririk. Bu insanlar yüz illərdir ki, Azərbaycanda, onun ən səfalı guşələrindən biri olan Gədəbəydə yaşayır, fəaliyyət göstərir, dövlətçiliyimizə sədaqətlərini nümayiş etdirilər. Onların içərisində torpaqlarımızın bütövlüyü uğrunda şəhid olanlar da var. Bunları unutmaq olmaz. Bu gün istər rus millətininnümayəndələri, istərsə digər millətlərin nümayəndələri respublika hakimiyyətinin diqqət və qayğısı ilə əhatə olunublar. Bu gün də bu siyasət uğurla davam etdirilir. Ümumiyyətlə, çoxmillətlilik və tolerantlıq hamımızın qürur mənbəyimizdir. Bu baxımdan, miqyasına görə ümumxalq əhəməyyəti daşıyan seçkilərdə hər bir dini və milli dəyərləri bölüşən insanlara geniş meydan verilməsi hər birimizin başlıca işinə çevrilməlidir" -deyə, Seçki Qərargahının rəhbəri sözlərinə əlavə edib. Qeyd edək ki, Zahid Məhərrəm oğlu Orucun namizədliyi avqustun 13-də özü tərəfindən irəli sürülmüş və 17-də MSK-da onun namizədliyi təsdiq edilmişdir.
Sizin Reklam Yeriniz