Əlaqə Arxiv
news Image
2013.09.08
10:53
| A A A
Azərbaycan yığması səfərdə İsrail ilə heç-heçə oynadı

Dünya çempionatının seçmə mərhələsinin çərçivəsində Azərbaycan yığması səfərdə İsrail millisinə qarşı oyun keçirib.

Millimiz səfərdə heç-heçəyə nail olub.

Amma komandamız oyundan qalib də ayrıla bilərdi. Belə ki, oyunda hesabı 61-ci dəqiqədə Rahid Əmirquliyevin zərbəsi ilə Azərbaycan yığması açıb.

Lakin, futbolçularımız qələbə hesabını qoruya bilməyiblər. 12 dəqiqədən sonra meydan sahiblərindən Şexter hesabı bərabərləşdirib – 1:1.

Beləliklə Azərbaycan yığması qrupda 5-ci heç-heçə ilə 5-ci xalını qazanıb.

Sizin Reklam Yeriniz