Əlaqə Arxiv
news Image
2013.09.09
19:50
| A A A
Şimali Koreya liderinin sirrini açıqladı
Movqe.Az xəbər verir ki, keçmiş basketbolçu Dennis Rodman, Şimali Koreya lideri Kim Jong-unun Ju-ae adlı bir qız körpəsi olduğunu söyləyib. Keçən həftə Şimali Koreyaya "basketbol diplomatiyası gəzintisi" təşkil edən Rodman, körpəylə əlaqədar şərhi Guardian qəzetinə verdiyi müsahibədə deyib. Kimin ailəsiylə dəniz kənarında vaxt keçirdiyini söyləyən təqaüdçü basketbolçu, Şimali Koreya liderini "yaxşı ata" olaraq adlandırıb. Dünyanın ən sirrli ölkələrindən birini idarə edən Kimin fərdi həyatı haqqında çox məlumat yoxdur. Rodman, "Kim, ailəsi və mən dəniz kənarında sakit bir zaman keçirdik." deyib və əlavə edib: "Körpələri Ju-ae-ni çox sevdim və Kimin yoldaşıyla da görüşdüm. Kim yaxşı bir atadır və çox gözəl ailəsi var."  Şimali Koreya, Rinin Kimin evli olduğunu, lakin 2012-ci ilin İyul ayında, ilk dəfə xalq arasında birlikdə göründükdən bir ay sonra təsdiqləyib.
Sizin Reklam Yeriniz