İlham Əliyev:"Fəxr edirəm ki, ailə üzvlərim bu işdə fəal iştirak edir"
"Hər bir vətəndaş, hər bir ailə üzvü, mən
dəfələrlə deyirəm, bir məqsədə qulluq etməlidir ki, ölkə daha da
güclü olsun, müstəqillik daha da möhkəm olsun, iqtisadiyyat daha da
artsın və biz tezliklə işğala son qoyaq".
Movqe.az-ın məlumatına görə, bunu prezident İlham Əliyev ötən gün Bərdədə 866 məcburi köçkün ailəsi üçün yeni salınan beşmərtəbəli 15 yaşayış binasından ibarət məhəllə ilə tanış olan zaman Ağdam rayonundan olan məcburi köçkün, şəhid ailəsi Səfurə Hüseynovanın mənzilində çay süfrəsi ətrafında ailə üzvləri ilə söhbət edərkən bildirib. "Mən çox şadam və fəxr edirəm ki, mənim ailə üzvlərim bu işdə fəal iştirak edirlər. Leylanı qeyd etdiniz. Onun təşəbbüsü ilə "Xocalıya ədalət" kampaniyası bütün dünyada nəyə gətirib çıxardı?! Artıq beş ölkə Xocalı soyqırımını rəsmən soyqırımı kimi tanıyır. Yəni, bu, "Xocalıya ədalət" kampaniyasının nəticəsidir. Çünki bu, bir ictimai hərəkat idi. Ondan sonra, mən açığını deməliyəm, dövlət qurumları - nazirliklər, diaspor təşkilatları da bu ictimai hərəkata qoşuldu və böyük bir hərəkat yarandı".