Cümə namazında partlayış: 30 nəfər öldü
Polisin məlumatına görə, insanlar məsciddən çıxan zaman iki bomba partladılıb
İraqın paytaxt Bağdaddan 60 kilometr şimalda yerləşən Bakuba
şəhərində sünni məscidinin önündə baş vermiş partlayış nəticəsində
30 nəfər ölüb, 42 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri
alıb.
Movqe.az "BBC"yə istinadən bildirir ki, polisin məlumatına görə insanlar məsciddən cümə namazından çıxan zaman iki bomba partladılıb.
Sentyabrın əvvəlində isə Bağdadda şiə məhəlləsində baş vermiş partlayış nəticəsində 30 nəfər ölmüşdü.