Əlaqə Arxiv
news Image
2013.09.20
18:17
| A A A
Əli Abbasov: "Nömrə daşınma xidməti gələn aydan işə düşəcək"-VİDEO
Azərbaycanda mobil operatorların nömrə daşınması xidmətini tətbiq edəcəkləri yeni tarix açıqlanıb. Mobil nömrələrin daşınması sistemi avqustun birindən işə düşməli olsa da, gələn aydan tətbiqi gözlənilir. Ləngiməyə görə aparılan araşdırmaların nəticəsində Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi operatorları məhkəməyə verə bilər. Movqe.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov deyib: ""Söz verirlər ki, artıq oktyabrdan işləməyə başlayacaqlar. Biz də onlara uyğun yardımları edirik, amma qəbul etdiyimiz qərar ki, avqustun 1-dən işləməli idi, o sual hələ açıq qalır, araşdırmalar gedir. Əgər xidməti araşdırmalar nəticə verməsə, məhkəməyə müraciət olunacaqdır".
Mobil operatorların daşınması sistemi nazirliyin məlumat hesablama mərkəzi tərəfindən koordinasiya olunacaq. Xidmətin işə salınması ilə bağlı artıq hər üç operatorla müqavilə bağlanıb. Nömrələrin daşınma xidməti mobil operatorların şəbəkələri daxilində ödənişsiz olacaq. Xidmət data-kartlar üçün nəzərdə tutulmuş nömrələrə şamil edilməyəcək. Xidmətdən üç ayda yalnız bir dəfə istifadə etmək mümkün olacaq. 

Sizin Reklam Yeriniz