Mayonezlərin yoxlaması başa çatıb
Respublika Gigiyena Epidemiologiya Stansiyası mayonezlərin
labarator müayinəsini başa çatdırıb. Mərkəzin Qidalanma bölmısinin
rəhbəri İmran Abdullayev Movqe.az-a açıqlamasında bildirib ki,
yoxlama zamanı 60-a yaxın mayonez nümunəsi labarator müayinələrə
cəlb olunub. Mayonezlər bakterioloji, fiziki, kimyəvi və toksiki
göstəricilərinə görə müayinədən keçirilib. Yoxlamalar zamanı heç
bir nümunədə nöqsan aşkarlanmayıb. İ. Abdullayev hazırda qənnadı və
kremli məhsullarının müayinəsinin davam etdiyini söyləyib. Onun
sözlərinə görə, hazırda qənnadı və kremli məhsullardan götürülən
100 nümunə bakterioloji, fiziki, kimyəvi və toksiki göstəricilərinə
görə müayinədən keçirilir.