Azərbaycanda sümük iliyi nəqlinə hazırlıq gedir
Bu barədə açıqlamanı səhiyyə nazirinin müavini Elsəvər Ağayev onlayn konfransda verib
Movqe.az-ın məlumatına görə, bunu Azərbaycan səhiyyə nazirinin
müavini Elsəvər Ağayev nazirliyin saytındakı onllayn konfrans
vasitəsilə ünvanlanan suala cavabında deyib.
Nazir müavini bildirib ki, son illər Azərbaycan Respublikasında orqan transplantasiyası müvəffəqiyyətlə həyata keçirilir. Səhiyyə müəssisələrində böyrək və qaraciyər köçürülmələrinin sayı durmadan artır. "2012-ci ildə böyrək köçürülənlərin sayı 41 nəfər, qaraciyər köçürülənlərin sayı isə 12 nəfər olub. 2013-cü ilin 6 ayı ərzində isə 24 nəfərə böyrək, 9 nəfərə isə qaraciyər köçürülüb".