Bu gündən payız-qış mövsümünə keçidə start verildi
Bu gündən respublika üzrə qış mövsümünə keçdlə əlaqədar istilik
verilişinə başlanılıb. Bu sözləri Movqe.az-a
açıqlamasında "Azəristiliktəhcizat"ASC-nin Abonent və
müştəri xidmətlərinin rəisi Rafiq Əliyev deyib. R. Əliyev
bildirib ki, texnoloji ardıcıllıqla bu gündən etibarən istilik
xətlərinə su vurulmasına başlanılıb: "Artıq bu gündən payız-qış
mövsümünə keçdik. Artıq istiliyin verilməsi üçün bu gündən işlərə
başlanılıb. Bu mövsüm Bakıda 2800-dən artıq bina mərkəzləşdirilmiş
istilik sistemindən istiliklə təmin olunacaq. Paytaxtın bütün
sosial obyektləri, məktəblər, uşaq bağçaları, səhiyyə müəssisələri
və digər obyektlərə istilik veriləcək".
R. Əliyev respublikanın rayonlarında isə bu mövsüm 177 qazanxananın işə salındığını bildirib. Onun sözlərinə görə, regionlarda 351 yaşayış, 97 məktəb, 31 uşaq bağçası, 48 səhiyyə müəssisəsi və 67 digər sosial obyekt mərkəzləşdirilmiş istilik sistemindən istilik alacaq".
R. Əliyev bildiridi ki, artıq qazanxanalar işə salınıb. İstiliklə təminata başlanılıb.
"Azəriqaz" İstehsalat Birliyindən isə Movqe.az-a tələbat hava şəraitinə uyğun olaraq verilən mavi qazın həcminin artırıldığını bildirdilər. Qurumun mətbuat xidmətinin rəhbəri Araz Ağayev Movqe.az-a bildirib ki, ötən həftə verilən mavi yanacağın həcmi 11,3 milyon kub idisə, bu gün bu rəqəm 12,8 milyon kuba çatdırılıb: "Havanın temperaturu aşağı düşdükcə, qazın həcmi artırılır".