44800 kapsula qanunsuz dərman preparatı aşkarlandı
Ölkəyə qanunsuz yolla gətirilmiş dərman preparatları aşkarlanıb.
Movqe.az-ın Dövlət Gömrük Komitəsinin saytına itsinadən verdiyi
məlumata görə, Aksiz Gömrük İdarəsinin və DGK Gömrük Sahəsində
Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsi Əməliyyat idarəsinin
əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbiri keçiriblər.
Nəticədə Bakı şəhəri, "Azadlıq" metrostansiyası yaxınlığında
Azərbaycan Respublikasının vətəndaşı 1959-cu il təvəllüdlü, Masallı
rayonu, Boradigah qəsəbə sakini Musayev Malik Mirzə oğlundan
Azərbaycan Respublikasının ərazisinə qanunsuz yolla gətirilmiş
dərman preparatları aşkarlanıb. 2 ədəd karton yeşikdə hər birində
10 kapsula olmaqla 4480 konvalyut (ümumi sayı 44800 kapsula) dərman
preparatları aşkar edildikdən sonra götürülüb.