Sədərək Gömrük İdarəsi rəisinin Türkiyədə saxlanılması ilə bağlı rəsmi məlumat yayılıb.
Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının Daimi
NümayəndəliyindənTrend-ə daxil olan məlumatda bildirilir ki, Sədərək Gömrük
İdarəsinin rəisiMirməhəmməd
Seyidov məzuniyyətdə olduğu müddətdə ailəsinin
müalicəsi ilə əlaqədar 2013-cü il dekabr ayının 9-da Türkiyənin
İstanbul şəhərinə gedib:
"2013-cü il dekabr ayının 17-də İstanbul-Qars təyyarə reysində ailəsi ilə birlikdə geri qayıdarkən Qars hava limanında polis tərəfindən saxlanılıb, Türkiyədə əməliyyatlarda həbs olunanlarla əlaqədar bəzi məlumatların dəqiqləşdirilməsi üçün İqdır vilayət prokurorluğuna dəvət edilib".
Məlumatda qeyd olunur ki, Azərbaycan Türkiyədəkı səfirliyi və Qarsdakı Baş konsulluğu tərəfindən bu məsələnin tez bir zamanda həlli istiqamətində lazımi tədbirlər görülür.
Azərbaycanın Qarsdakı baş konsulu Ayxan Süleymanov Türkiyədə saxlanılan Sədərək Gömrük Keçid Məntəqəsinin rəisi Mirməhəmməd Seyidovla bağlı açıqlama verib.
Diplomat "Qafqazinfo"ya açıqlamasında bildirib ki, həbs olunan Gömrük rəisi ilə bağlı konsulluq tərəfindən lazımı addımların hamısı atılır. Konsul bildirib ki, artıq azərbaycanlı məmur vəkillə də təmin olunub:
"Əməkdaşlarımız, demək olar ki, bu işlə ciddi şəkildə məşğuldurlar. Həm onunla görüş, həmçinin Mirməhəmməd Seyidovun həbsinə səbəb olan məsələləri araşdırırıq. Bu barədə yaxın bir saat ərzində Azərbaycan Xarici İşlər Nazirliyinə yekun rəyimizi təqdim edəcəyik".
---------
11:37
Dövlət Gömrük Komitəsi (DGK) Sədərək gömrük-keçid məntəqəsinin rəisiMirməhəmməd Seyidovun Türkiyədə saxlanılmasına münasibət bildirib.
DGK-dan Trend bildirilib ki, komitə hazırda M.Seyidovun saxlanması səbəbləri ilə bağlı araşdırma aparır.
Komitədən bildiriblər ki, Türkiyə KİV-lərin Azərbaycan tərəfindən 2 nəfərin saxlanılması düzgün deyil: "Hazırda Azərbaycan tərəfindən Mirməhəmməd Seyidovun saxlanılması məsələsini araşdırır".
Diplomatik mənbədən isə Trend-ə bildiriblər ki, Azərbaycanın Qarsdakı Baş Konsulluğunun əməkdaşları azərbaycanlı məmurun saxlanması məsələsini yaxından araşdırırlar. Baş Konsulluğun əməkdaşları Mirməhəmməd Seyidovun ifadə verməsi prosesində iştirak edirlər. Baş Konsulluq bu məsələni diqqətdə saxlayır.
Qeyd edək ki, Türkiyə mətbuatının yaydığı məlumata görə, M. Seyidov dekabrın 17-də İstanbuldan qayıdarkən Qars hava limanında təyyarədən endikdən sonra Türkiyə Daxili İşlər Nazirliyi Əmniyyət Müdirliyinin Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.