Əlaqə Arxiv
news Image
2013.12.21
17:59
| A A A
Ərdoğandan Türkiyədəki səfirlərə sərt mesaj

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan ölkədəki xarici dövlətlərin diplomatik nümayəndəliklərini ölkənin daxili işinə qarışmamağa çağırıb. APA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, baş nazir son günlər rüşvət qalmaqalı ətrafında yaranan hadisələrə münasibət bildirərək qeyd edib ki, bu, beynəlxalq və daxildə olan, Türkiyənin güclənməsini istəməyən qüvvələrin apardığı əməliyyatdır. Onun sözlərinə görə, hüquqa əks olan bu hadisələr, öz əksini elə hüquqda tapacaq: "Bu əməliyyat hökumətə qarşı atılmış bir addımdır. Bizim məsələmiz hüquqi işdir. Hüquqşünasların da hüquqa hörmət etməsi lazımdır. Əgər kənardan idarə olunaraq hərəkət etsələr, biz siyasətçilər olaraq üzərimizə düşəni hər zaman etdik, bundan sonra da davam edəcəyik".
R.T.Ərdoğan Türkiyədə olan səfirliklərin nümayəndələrini bu hadisələrə müdaxilə etməməyə çağırıb: "Son günlər səfirlər bəzi təxribat yönlü hərəkətlər edirlər. Mən onlara müraciət edirəm, işinizi görün. Əgər vəzifə sahənizi aşarsınızsa, bu, hökumətlərinizin səlahiyyət sahəsində olan yerə qədər gedər. Biz sizləri ölkəmizdə tutmağa məcbur deyilik. Əgər sizin ölkələrinizdə, bizim səfirlərimiz bu cür oyunlara qarışırsa, siz bizə xəbər verin, sizin onları geri göndərməyinizə ehtiyac yoxdur, biz çağırarıq".

Sizin Reklam Yeriniz