Erməni əsgər Azərbaycan ərazisində dünyasını dəyişdi
Ermənistan silahlı qüvvələrinin əsgəri Hayk Markaryan Azərbaycanın
işğal olunmuş ərazilərində dünyasını dəyişib. ANS PRESS Ermənistan
mətbuatına istinadən bildirir ki, 1993-cü ildə anadan olmuş əsgər
yanvarın 14-dən 15-ə keçən gecə keçinib. Erməni mətbuatından belə
aydın olur ki, əsgərin ölümü müəmmalıdır və bəri başdan xəstəlikdən
ölməsi barədə deyilənlər doğru deyil. Hadisə ilə bağlı istintaqa
başlanıb. Erməni mediası bir də əsgərin haradan olması barədə
məlumat vermir. Yəni bu məlumat da verildikdə onun Ermənistan
vətəndaşı olduğu ortaya çıxa bilər.