Kadırov Sevastopolda məscid tikdirəcək
Kadırov özünün İnstagram sosial şəbəkəsindəki hesabında bu haqda bildirib
Çeçenistan dövlət başçısı Ramzan Kadırov Sevastopolda məscid
tikdirməyə söz verib.
Anspress-in məlumumatına görə, Rusiya qəhrəmanı Əhməd Kadırov adına
Regional İctimai Fond Sevastopolda məscid tikəcək və köhnə məscidi
təmir etdirəcək. "Sevastopolda yerli müsəlman cəmiyyəti köhnə
məscidin təmir etdirilməsi ilə bağlı müraciət edib. Əhməd Kadırov
adına RİF-un prezidenti Aymani Nesiyevna bu xahişin yerinə
yetirilməsi haqqında qərar verib. Bundan başqa, şəhərə hədiyyə
olaraq Sevastopolda gözəl məscid də tikiləcək", - deyə Kadırov
özünün İnstagram sosial şəbəkəsindəki hesabında bildirib.