FHN Bakıda baş verən yanğınla bağlı məlumat yayıb
Fövqəladə Hallar Nazirliyi (FHN) mayın 14-də Bakıda baş verən yanğınla bağlı məlumat yayıb.
Fövqəladə Hallar Nazirliyinin saytında verilən xəbərə görə, Bakı şəhəri, Nərimanov rayonunda vətəndaşa məxsus ümumi sahəsi 42 kv. m olan 2 otaqlı mənzildə 5 kv. m sahədə məişət tullantıları yanıb.
Yanğının kəşfiyyatı zamanı yanğınsöndürənlər tərəfindən ev sahibi 1941-ci il təvəllüdlü Akimova Aleksandra Nikoloyevnanın meyiti aşkar olunaraq mənzildən çıxarılıb aidiyyatı üzrə təhvil verilib, ev sahibinin qızı isə müxtəlif xəsarətlərlə xilas edilərək Təcili Tibbi Yardım xidmətinə təhvil verilib.
Yanğın zamanı 7 nəfər bina sakini təxliyə edilmişdir. Mənzil yanğından mühafizə olunub.