Əlaqə Arxiv
news Image
2014.05.17
18:27
| A A A
Bu ölkə matəmdədir
Laosun Hərbi Hava Qüvvələrinin hərbçilərini aparan təyyarə qəzaya uğrayıb. 

Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, təyyarədə ölkənin müdafiə naziri də olub. Laos Xalq Demokratik Respublikasının Hərbi Hava Qüvvələrinə məxsus təyyarədə ümumilikdə 14 adam və yüksək rütbəli hərbiçilər olub. Sineq Kuan əyalətinə uçan təyyarədəki nümayəndə heyəti Laosun Xalq Orudusu Dviziyasının 55 illik yubiley tədbirlərinə qatılmaq niyyətindəymişlər. 

Qəzaya uğrayan təyyarə Sineq Kuan əyalətinin 4 kilometr yaxınlığında yerə düşüb. Hadisə yerindən hələlik 9 nəfərin cəsədi tapılıb. Laosun müdafiə naziri və xanımı, ictimai təhlükəsizlik naziri və Ventyan şəhərinin meri də qəzaya düşənlər arasındadır. Təyyarə qəzası ilə ölkədə xalq dviziyasının 55 illik yubileyinə həsr olunmuş tədbirlər və hərbi parad təxirə salınıb.
Sizin Reklam Yeriniz