Binəqədidə partlayışda yaralananlardan 2-si öldü
Mayın 11-də Binəqədi rayonunda baş vermiş partlayış zamanı xəsarət
alanlardan iki nəfəri xəstəxanada ölüb.
Movqe.az xəbər verir ki , Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, partlayış zamanı xəsarət alan Mahrux Hüseynova və İran vətəndaşı Murtuza Əlizadə mayın 16-da xəstəxanada ölüb.
Xatırladaq ki, mayın 11-də İbrahim Paşazadə küçəsi 68 ünvanında ümumi sahəsi 250 kv.m olan yerləşən şirniyyat və çörək bişirmə sexində partlayış olmuşdu. Hadisə nəticəsində ölən olmasa da sex işçilərindən 4 nəfər bədən xəsarətləri ilə xəstəxanaya çatdırılmışdı.
Xəsarət alanlardan 3-ü kişi, biri isə qadın idi.