Vyetnamda Çinlə mübahisələr fonunda ilk qan töküldü
Vyetnamda Çinlə bu ölkə arasında neft buruqları
uğrunda gedən mübahisələrdə ilk qan töküldü.
Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki. ötən gün paytaxt Hanoyda Çin hökumətinin Cənubi Çin Dənizində qanunsuz fəaliyyət göstərməsinə qarşı etiraz aksiyası keçirilib. Aksiya zamanı fəallarla onlara qarşı çinli millətçilər arasında qarşıdurmalar olub. Qarşıdurmalar zamanı iki çinli öldürülüb. Rəsmi Pekin vəziyyətlə əlaqədar gərginliyin yüksək həddə olduğu bölgələrdən 3 minə yaxın çinlini təxliyə edib.
Çin mediası daha çox vətəndaşın böhranlı bölgədən çıxarılması üçün təyyarə və gəmiləri səfərbər etdiyini bildirib.
Məlumata görə, zorakılıqlar fonunda son bir neçə gündə etirazçı vyetnamlılar sənaye parklarında Çin, Tayvan və Cənubi Koreyaya məxsus 15-dən çox xarici zavodları yandırıblar.
Ekspertlər iki ölkə arasında yaşanan gərginliyin sonda müharibə ilə nəticələnə biləcəyini bildiriblər.
Vyetnam hökuməti vətəndaşları zorakılıqlardan çəkinməyə çağırıb. Hökumət qanunsuz etiraz aksiyalarının qarşısını alacağı barədə xəbərdarlıq edib.