14 və 16 yaşlı yeniyetmələr göldə boğuldular
Dünən axşam Masallıda yeniyetmələrin ölümü ilə nəticələnən bədbəxt
hadisə baş verib.
Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, hadisə mayın 17-də saat 20:30 radələrində qeydə alınıb.
Boğulanlar Bakı şəhər sakinləri - 1998-ci il təvəllüdlü Canpolad Gülyaz oğlu İsmayılov və 2000-ci il təvəllüdlü Xəyal Namiq oğlu Novruzovdur.
Onlar göldə çimərkən boğulub. Hər iki yeniyetmənin meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.