Ən çox ana ölümü hardadır?
Movqe.Az xəbər verir ki, inkişaf etmiş ölkələr içərisində
doğum əsnasında ana ölümlərinin artdığı yeganə ölkənin ABŞ olduğu
bildirilib. Vaşinqton Universitetinin qlobal sağlamlıq araşdırma
mərkəzi Sağlamlıq Ölçüləri və Qiymətləndirmə İnstitutu tərəfindən
edilən araşdırmaya görə, ABŞ-da doğum sırasındakı ana ölümləri
artıb.
Beləcə ABŞ, az inkişaf etmiş ölkələr olan Əfqanıstan, Çad və Svaziland ilə eyni kateqoriyada yerləşir. Dünya sıralarında 60-cı yerdə olan ABŞ, bu mövqesiylə bütün inkişaf etmiş ölkələrdən geridə qalır.