Əlaqə Arxiv
news Image
2014.05.22
17:56
| A A A
“Dövlətqaçqınkom”: "Metropolitenin ərazisindən çıxmayan məcburi köçkünlərlə bağlı bizim görə biləcəyimiz bir iş yoxdur"
Sənan Hüseynov: "Biz o ərazidə yaşayan 32 məcburi köçkün ailəsinin hər birini Mehdiabad qəsəbəsində evlə təmin etmişik"

""Bakı Metropoliteni" QSC-nin "Dərnəgül" Elektrik Deposunun tikintisi üçün ayrılan torpaq sahəsində tikilən evlərdən çıxmaqdan imtina edən məcburi köçkünlərlə bağlı 

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin görə biləcəyi bir iş yoxdur. Biz o ərazidə yaşayan 32 məcburi köçkün ailəsinin hər birini Mehdiabad qəsəbəsində evlə təmin etmişik.  

"Bakı Metropoliteni" QSC üç məhkəmə instansiyasının hər birindən keçib. İndi məcburi köçkünlərin ordan çıxarılması məhkəmə icarçılarının işidir". 


 Bu sözləri Movqe.az-a açıqlamasında 

 

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin 

Məskunlaşma, miqrasiya və məşğulluq məsələləri üzrə şöbəsin 

Sənan Hüseynov söyləyib. S.Hüseynov bildirib ki, 

 

"Bakı Metropoliteni" QSC 

həmin məcburi köçkünlərlə bağlı aralarında yaranmış mübahisəni sivi formada, hüquqi müstəvidə həll edib. Yerdə qalan iş məhkəmə icraçıları tərəfindən görülməlidir. 

Qeyd edək ki, "Bakı Metropoliteni" QSC "Dərnəgül" Elektrik Deposunun tikintisi üçün ayrılan torpaq sahəsində tikilən evlərin söküntüsü üçün son xəbərdarlıq edib. Dünən "Bakı Metropoliteni" QSC-nin nümayəndələri 7-ci mikrorayon, "Xarici dairəvi" küçəsi, 3126/27-ci məhəlləyə gələrək əraziləri zəbt edən məcburi köçkünlərə sonuncu xəbərdarlıq olunub.Bakı Şəhər Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin 1 noyabr 1986-cı il tarixli qərarı ilə Bakı Metropoliteninin 3-cü növbəsinin Şimal sahəsinə daxil olan "Dərnəgül" Elektrik Deposunun tikintisi üçün Binəqədi rayonu, 7-ci mikrarayon, "Xarici dairəvi" küçəsi, 3126/27-ci məhəllədə 17,1 ha torpaq sahəsi ayrılıb."Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev jurnalistlərə bildirib ki, müəyyən səbəblərdən tikinti işləri müvəqqəti dayandırılmış həmin torpaq sahəsi məcburi köçkünlər və digər mülki şəxslər tərəfindən zəbt olunub. Siyahıyaalınma zamanı müəyyən edilib ki, həmin ərazidə 83-ü məcburi köçkünlərə məxsus olmaqla, cəmi 217 yaşayış sahəsi var. Orada yaşayan yerli sakinlərə kompensasiya ödənilərək ərazidən köçürmələrinə nail olunub. Məcburi köçkünlərin köçürülməsi ilə bağlı bir sıra tədbirlər həyata keçirilib. Məcburi köçkünlərin hər biri mənzillə təmin olunsa da, 6 ailə köçməkdən imtina edir.N.Paşayevin sözlərinə görə, 6 ailənin hər birinin adına Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən Mehdiabad qəsəbində mənzil verilib. Lakin məcburi köçkünlər "Bakı Metropoliteni" QSC-dən əlavə olaraq kompensasiya tələb edir. Metropoliten isə evlərin sökülməsi və tikinti materialların daşınması üçün lazımi köməyi təklif edir.Xatırladaq ki, köçmək istəməyən məcburi köçkünlər məhkəmələrə müraciət ediblər, lakin onların iddiaları təmin edilməyib.
1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 10 iyul 2013-cü il tarixli qərardadı ilə hazırda iddiaçıların yaşadığı evlərin, həyətlərin dağıdılması, yolun çəkilməsi ilə bağlı müəyyən hərəkətlərin edilməsi Bakı Metropoliteninə qadağan edilsə də, 19 avqust 2013-cü il tarixli qərarı ilə iddiaçıların tələbi rədd edildiyindən, məhkəmə əvvəlki qərardadını ləğv edib və Metropolitenə söküntü işlərinin aparılması üçün qoyduğu qadağanı aradan qaldırıb.Bununla bağlı Ali Məhkəmənin İnzibati İqtisadi Kollegiyası 3 aprel 2014-cü il tarixli qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin müvafiq qərarını dəyişdirmədən saxlayıb və iddiaçıların kassasiya şikayətini təmin etməyib. Buna görə də "Bakı Metropoliteni" QSC söküntü işlərini davam etdirilir.

Sizin Reklam Yeriniz