Çökən binada 500 nəfərə yaxın ölən olub
Şimali Koreyanın paytaxtı Pxenyanda mayın 13-də
çökən binada ölənləri sayı açıqlanıb. Movqe.az ANS PRESS-ə
istinadən xəbər verir ki, Cənubi Koreyada nəşr olunan "Chosun İlbo"
qəzeti çökən 23 mərtəbəli binada 400 ilə 490 arasında insanın
öldüyünü yazıb.
Qəzetin xəbərinə görə, 92 mənzilli binanın axşam saat 17 radələrində çökdüyü, bu səbəbdən də ölənlərin əksəriyyətinin yaşlılar və məktəbdən qayıdan uşaqlar olduğu bildirilir. Xəbərdə həmçinin binada imkanlı şəxslərlə Fəhlə partiyası üzvlərinin yaşadığı iddia olunub.
Xatırladaq ki, bir neçə gün əvvəl Şimali Koreyada yaşayış binasının çökməsi barədə xəbərlər yayılmış, ölkə prezidenti Kim Çen Ilın baş verənlərə görə təəssüfləndiyi və səhərə qədər yatmadığı bildirilmişdi.