Əlaqə Arxiv
news Image
2014.05.24
12:00
| A A A
Ukrayna öz öhdəliklərini düzgün yerinə yetirmir
Ukrayna təbii qaz nəqliyyatında tranzit ölkə kimi öz öhdəliklərini düzgün yerinə yetirmir. Bu isə, Avropanın qazla təmin olunması riskini daha da artırır. Movqe.az Anspress-ə istinadən xəbər verir ki , Rusiya prezidenti Vladimir Putin Ukraynadakı vəziyyəti şərh edərkən bu cür açıqlama verib. Sankt-Peterburqada beynəlxalq iqtisadi foruma qatılan Putin qeyd edib ki, hazırda ölkədə baş verən zorakılıqları vətəndaş müharibəsi kimi də dəyərləndirmək olar.

"Rusiya həmişə Avropaya enerji təchizatında öz etibarlılıq nüfuzuna dəyər verib. Son günlərdə yaşanan riskin səbəb isə təbii ki, bizdən qaynaqlanmır. Burada söhbət kimdən gedir, bəllidir. Söhbət tranzit ölkə statusundan sui-istifadə edən Ukraynadan gedir". 

Forumda çıxışı zamanı Putin NATO təşkilatının Ukraynanı üzv qəbul etmək istəyi ilə də bağlı narahatlığını ifadə edib.

Bu arada, Rusiyanın baş qərargah rəisi Valeri Gerasimov NATO-nun Rusiya ilə sərhəd ölkələrində artan fəaliyyəti ilə əlaqədar rəsmi Moskvanın qisas alacağını bəyan edib.

Mart ayında Krım Rusiyaya qoşulduqdan sonra NATO qüvvələri şərqi Avropada müttəfiq ölkələrin vətəndaşlarını arxayınlaşdırmaq üçün hərbi təlimlərin sayını artırıb.
Sizin Reklam Yeriniz