Ermənilər yenə hücuma keçdi
Ermənistan silahlı qüvvələri Füzuli rayonunun
Qaraxanbəyli kəndinin yaxınlığındakı yüksəkliklərdən rayonun təmas
xəttində yerləşən Alxanlı kəndini atəşə
tutub.
Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, qarşı tərəf əsasən iri çaplı silahlardan istifadə ediblər.
Atışma təqribən saat 24:00 radələrindən başlayıb. Hazırda davam edir. Kənd sakinləri təhlükəsizlik üçün evlərdəki işıqları söndürmək məcburiyyətində qalıb. Əldə etdiyimiz məlumata görə, sakinlər arasında xəsarət alan yoxdur.
Hazırda atışma davam edir.
Xatırladaq ki, mayın 21-dən 22-nə keçən gecə erməni kəşfiyyat-diversiya qrupu cəbhənin Füzuli rayonu ərazisində müdafiənin ön xəttində yerləşən mövqelərimizdəki postlardan birinə basqın etməyə cəhd göstərmişdi.