Bakıda yeni institut açıldı
Açılışda prezident İlham Əliyev və Mehriban Əliyeva iştirak edib
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva
Respublika İdman Tibb, Diaqnostika və Reabilitasiya İnstitutunun
açılışında iştirak edib.
ANS PRESS-in məlumatına görə, dövlət başçısı institutun rəmzi açılışını bildirən lenti kəsib.
Azərbaycan prezidenti və xanımı institutun binasında yaradılmış şəraitlə tanış olublar.
Məlumat verilib ki, Respublika İdman Tibb, Diaqnostika və Reabilitasiya İnstitutu ölkəmizdə idman sahəsində nailiyyətlərin artırılması üçün lazımi şəraitin təmini, müasir üsulların işlənməsi, gənc idmançıların potensialının aşkar edilməsi və xəsarət almış idmançıların reabilitasiyası məqsədi ilə yaradılıb. Müasir avadanlıqla təchiz edilmiş institutun əsas fəaliyyət istiqaməti idmançıların və ehtiyat qüvvələrin diaqnostikası, dispanserləşdirilməsi və müalicə olunmasıdır.
Qeyd edilib ki, institutun struktur bölmələrinə təşkili-metodiki iş üzrə laboratoriya, müalicə-dispanserləşdirmə bölməsi, beş nəfərlik gündüz stasionarı, morfoloji, funksional diaqnostika, hərəkət sistemlərinin biomexanikası, fiziki təsirlər, kinezioterapiya və manual təsirlər laboratoriyaları, psixoloji yoxlama və psixokorreksiya qrupu, əczəxana daxildir.
Respublika İdman Tibb, Diaqnostika və Reabilitasiya İnstitutunun binasında yaradılan şəraitlə tanış olan dövlət başçısı müvafiq tapşırıq və tövsiyələrini verib.