Oğlunu evləndirmək istəyən Bakı sakininin evi uçurulub
Nəsimi rayonu, Nəsib bəy Yusifbəyli küçəsi, 34
ünvanında yaşayan Adilə xanım oğluna toy çaldırmaq istəsə də, ayın
21-də evinin bir hissəsinin uçurulması bütün planlarını alt-üst
edib. Movqe.az ANS TV-ə istinadən xəbər verir ki, mətbəxinin bir
tərəfi uçduğundan xeyir iş üçün, evində təmir işlərinə başlayıb.
Bunun üçün həyətinə daş-qum da gətizdirib. Amma ərazi üzərə MİS
işçiləri o, evdə olmayanda yarımçıq tikilini uçurublar, üstəlik
bütün kommunikasiya xətlərini də sıradan
çıxarıblar.
Tikintinin uçurulmasına səbəb kimi isə evin tikinti layihəsindən kənara çıxılması və sakinlərin istifadə etdiyi səkinin zəbt olunması göstərilib. Amma Adilə xanım ortada başqa versiyaların olduğunu deyir.
Ev sahibi ərazi üzrə MİS-ə və Nəsimi Rayon İcra Hakimiyyətinə də müraciət edib. Lakin suallarına tutarlı cavab ala bilməyib.
Biz də qaranlıq qalan məqamlara aydınlıq gətirmək üçün yollandıq ərazi üzrə 59 saylı MİS-ə. Rəis Ələsgər Rüstəmov şikayətçini və bizi qəbul edərək məsələyə aydınlıq gətirdi. Sözügedən bir otaqlı yaşayış mənzilinin texniki pasportunda onun qarşısında heç bir əlavə tikilinin göstərilmədiyini bildirdi. Onu da əlavə etdi ki, uzun illər bu, evin qarşısında məhəccərə bənzər kiçik tikili olub. Elə hər şey də Adilə xanımın həmin tikilinin həcmini böyütmək istəyindən sonra başlayıb.
Hər halda aidiyyatı qurumlar Adilə xanıma çıxış yolunu göstərdilər.Qalıb ev sahibinin bu, qərarla razılaşıb razılaşmaması.